"Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə oynadıq, "Çelsinin gücü hər kəsə məlumdur.

Unikal.org Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində "Çelsi ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

O, London klubuna 0:6 hesabı ilə uduzmalarını turnirdə təcrübələrinin olmamaları ilə əlaqələndirib:

"Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağı ilə bağlıdır. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. "Qarabağın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. "Çelsi və Antonio Konteni də qələbə münasibəti ilə təbrik edirəm.