Azərbaycan Premyer Liqanın7-ci turuna start verilib. 

Unikal.org-ın məlumatına görə, ilk oyun günündə iki oyun keçiriləcək.

Turun açılış matçında "İnter" "Neftçi"ni qəbul edir. Günün digər matçındə isə "Qəbələ" autsayder "Kəpəz"i qəbul edəcək.

Qeyd edək ki, sabah "Səbail" "Sumqayıt"ı, oktybarın 1-də isə "Qarabağ" "Zirə"ni qəbul edəcək.

29 sentyabr (cümə)

16:00."İnter - "Neftçi - 0:0 (Fasilə)
Hakimlər:Ömər Paşayev, Akif Əmirəli, Namiq Hüseynov, Əliyar Ağayev
"İnter Arena

18:30. "Qəbələ - "Kəpəz
Hakimlər:İnqilab Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

30 sentyabr (şənbə)

18:00."Səbail - "Sumqayıt
Hakimlər:Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Elvin Əsgərov
"Dalğa Arena

1 oktyabr (bazar)

18:00."Qarabağ - "Zirə
Hakimlər:Rauf Cabbarov, Nahid Əliyev, Mehman Mahmudov, Fariz Yusifov
Tofiq Bəhramov adına Respublika Stadionu