Amerikada yaşayan azərbaycanlı idmançılar qələbə qazanıblar.

Unikal.org xəbər verir ki, Amerikada yaşayan MMA idman növü ilə məşğul olan tanınmış azərbaycanlı idmançılar, Elgün Xanoğlanlı və Səddam Zülfüqarov Qrapplinq üzrə beyəlxalq yarışda qalib gəliblər. Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyinin fəal üzvləri olan adıçəkilən döyüşçülər Azərbaycan-Türkiyə bayraqları ilə çıxıblar.

Elgün Xanoğlanlı rəqibi amerikalı Joze Barera (57 kq), Səddam Zülfüqarov (95 kq) isə Josi Albertoya qalib gəlib.

Nəticədə E.Xanoğlanlı kmər, S.Zülfüqarov medal qazanıb.

Yarış Şimalı Amerika Qarışıq İdman Növləri Birliyi tərəfindən təşkil edilib.