Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) yerli idarəetmə orqanlarına keçirilmiş proporsional seçkilər üzrə nəticələri açıqlayıb.

Unikal.org  xəbər verir ki, 3644 seçki məntəqəsindən bülletenlərin hesablanmasından sonra hakim "Gürcü Arzusu partiyası 55,73 faiz əldə edərək seçkilərin qalibi olub.

Vahid Milli Hərəkat Partiyası 17,07% , "Avropalı Gürcüstan Partiyası 10,49%, "Vətənpərvərlər Alyansı 6,56%, Leyborist partiyası 3,27% səs əldə edib.