Braziliyada "Botafoqo klubunda oynayan qapıçı Ceffersona silahlı hücum olub.

Unikal.org  sportal-a istinadən xəbər verir ki, Rio de Janeyroda bir qrup əli silahlı şəxs onun qarşısını kəsərək maşınını əlindən alıblar.

Hazırda silahlı şəxslərin tutulması istiqamətində axtarış aparılır.

Qeyd edək ki, Cefferson 2011-15-ci illər aralığında Braziliya yığmasının da şərəfini qoruyub.