Xəbər verdiyimiz kimi ötən gün "Xanımlar və cənablar devizi ilə başlayan "Maşın realiti şousunun final gecəsi keçirilib.

Unikal.org xəbər verir ki, layihənin aparıcısı Murad Dadaşov rəsmi olaraq maşını Talıb talenin qazandığını elan edib.

Yarışmadan sonra sosial şəbəkələrdə hər kəs ifaçını birincilik münasibəti ilə təbrik edib. Hətta, müğənni Əlikram Bayramov Talıbın Bakıdakı evinə gedib, onun görüntülərini instaqramda paylaşıb. Videoda Talıb atasıyla danışdığı, sevincini onunla bölüşdüyü əks olunub.