ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olan müğənni Mətanət Əsədova bir müddət əvvəl aparıcı Rövşanə ilə aralarındakı qalmaqaldan danışıb.

Unikal.org xəbər erir ki, Elgizin "Mən Moskvada olanda onunla aranızda mübahisə düşmüşdü. O da razılaş ki, yaxşı aparıcıdır" ifadələrinə Mətanət münasibət bildirmədən keçməyib.

Müğənninin həmin açıqlamasını təqdim edirik:

"Bir şey demirəm. Mən bilirsiniz nədən küsürəm? Hansısa bir dostumuzun xeyir işində, yığıncağında belə görüşmürük axı. Nə oldu, bax, bu kameranı mən də görürüəm də. Mən niyə dəyişmirəm kamera önündə. Bu kamera gələn kimi nə var bu kamerada ki, insan bu qədər dəyişir. Sehirli qüvvə varmı, cadu varmı burada? Nə olan şeydir axı kamera?! İnanın ki, toyda kameraman istəyir ki, gəlsin geyimimi çəksin, deyirəm, qardaş, mənə mane olursan. Məni azad burax. Mən, onsuz da, heç kimi görmürəm. Mən öz aləmimdəyəm, oxuyuram. Dəymə mənə". Bu kamerada nə var ki, insanlar onu görən kimi dəyişir".