Bakıda intihara cəhd hadisəsi olub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
"8-ci kilometr bazarı"nda 1979-cu il təvəllüdlü Dadaşov Ramin Yaşar oğlu tanışı ilə mübahisə edib. O, mübahisə zamanı bıçaqla boğazına xəsarət yetirib.
R. Dadaşov ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.