Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 31-də keçiriləcək "Qarabağ - "Atletiko matçının hakimləri bəlli olub. 

Unikal.org xəbər verir ki, Madriddə Bakı vaxtı ilə saat 23:45-də start götürəcək oyun üçün almaniyalı hakimləri təyin edilib.

Belə ki, görüşün baş hakimi Deniz Aytekin olacaq. Referiyə yan xəttə Quide Kleve və Markus Heker yardımçı olacaqlar.

Əlavə köməkçi hakim funksiyasını Daniel Sibert və Benjamin Nrand yerinə yetirəcəklər. Matçın ehtiyat hakimi isə Eduard Beytinqer olacaq.