Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Unikal.org  "Report"a istinadən bildirir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektdə, 80/26 saylı evin 15 saylı mənzilində yaşayan 2003-cü il təvəllüdlü Abdullayev Ruhani Ramil oğlu küçədə naməlum şəraitdə sağ ayaq nayihəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.