Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Məlumata görə, şəhər sakini, 1967-ci il təvəllüdlü Həsənov Rövşən Süleyman oğlu Nizami küçəsində bıçaqlanıb. Yaralı Gəncə Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.