Mingəçevirdə döyülmə hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən bildirir ki, şəhərin sağ sahil hissəsində yaşayan 1975-ci il təvəllüdlü Məhərrəmov Mahir Məhərrəm oğlu bir neçə nəfər tərəfindən döyülüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Məhərrəmov ağır durumda xəstəxanaya yerləşdirilib.

Onun birinci həyat yoldaşından olan övladına görə aliment ödəmədiyi üçün döyüldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.