Kapital BankAzərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən "Nə? Harada? Nə zaman? yarışının qalibi oldu. 27 oktyabr 2017-ci il tarixində banklar arasında keçirilən tədbirdə ölkənin 13 bankının, ümumilikdə 100-dək əməkdaşla iştirak edib.

Unikal.org xəbər verir ki, 3 mərhələdə keçirilən yarış zamanı bütün rəqiblərini üstələyən Kapital Bank-ın yığma komandası, yarışın çempionu adına layiq görülüb. Qalib komandaya yarışın kuboku təqdim olunub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.