Bu gün Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi keçirilir.

Unikal.org-un məlumatına görə, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan, Gürcüstan və Özbəkistanın Baş nazirləri Bakıtjan Saqintayev, Georgi Kvirikaşvili, Abdulla Aripov və digər rəsmi şəxslər iştirak edirlər.