Noyabrın 4-də işğalçı Ermənistan ordusunun Ağdərə istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib.

Unikal.org azeratc-a istinadən xəbər verir ki, partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyektlərə ciddi ziyan dəyib. İlkin məlumata əsasən, 12 nəfərin öldüyü və xeyli sayda yaralının olduğu bildirilir.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Araşdırma və xilasetmə tədbirləri həyata keçirilir.