Səudiyyə Ərəbistanının cənubunda yüksək rütbəli məmurları daşıyan helikopter qəzaya uğrayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində şahzadə Mənsur bin Mukrin və Əsir şəhərinin polis rəisi həyatlarını itiriblər. Helikopterin göyərtəsində 9 nəfərin olduğu bildirilir.