Bu gün Qubada əvvəllər məhkum olunmuş şəxsin yenidən cinayət törətməsi ilə bağlı xəbər vermişdik. Bildirilir ki, noyabrın 25-də Quba rayonunun Alpan kəndində yaşayan, əvvəllər məhkum olunmuş Eşqin Rəsulov evində münaqişə zəminində həmkəndlisi Anar Balayevi döyüb və o, hadisə yerində ölüb. Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Rəsulov tutulub.

Unikal.org hadisənin təfərrüatını əldə edib. Belə ki, Eşqin Rəsulov öldürdüyü şəxs onun uşaqlıq dostu olub. Məlum olub ki, Eşqin Rəsulov Anar Balayevi yeyib-içmək üçün evinə qonaq çağırıb. Dostlar yeyib-içdikdən sonra sərxoş olublar. Bundan sonra Eşqin Rəsulovun Anar Balayevlə sözləri düz gəlməyib, aralarında yaranan mübahisə qan tökülməklə nəticələnib.

Eşqin Rəsulov baltanı götürərək Anar Balayevin başına çırpıb və o zərbənin təsirindən yerə yıxılıb.

Hadisədən sonra Eşqin Rəsulov balta ilə vurduğu dostunu təcili xəstəxanaya aparmaq qərarına gəlib.
Onun cəhdləri isə Anar Balayevi xilas edə bilməyib.

A.Balayev xəstəxanaya aparılarkən yolda keçinib.

28 yaşlı gəncin valideynləri bildirir ki, övladı Anar Balayev səhər saatlarında mağazaya yolanıb və daha sonra ondan xəbər tutmayıblar. Anası Sədiyyə Balayeva bildirir ki, Anar evə hər zaman gecə saatlarında gəldiyindən narahat olmayıblar.

Atası Şıxheybət Balayev qeyd edir ki, bu günə qədər onların arasında heç bir narahatçılıq olmayıb. Onlar həmişə mehriban olublar. Amma həmin gün deyilənlərə görə onların bir-biriləri ilə sözləri çəpləşib. Hadisə də elə həmkəndlisi Eşqin Rəsulovun evinə baş verib.

Atası onuda qeyd edir ki, övladı küt alətlə qətlə yetirilib.

Məhrumun yaxın qohumları da Anarın sakit və mehriban olduğunu bildirirlər.

Onuda bildirək ki, qətlə yetirilən Anar Balayevin 3 azyaşlı övladı var. Hadisəni törədən Eşqin Rəsulov əvvəllər məhkum olub.