Türkiyə hökuməti "Lotu Qulini" Rusiyaya verməkdən imtina edir. 

Unikal.org xəbər verir ki, bunu haqqın.az  Rusiyadakı mənbələrinə istinadən yazır.

Portalın yazdığına görə, Türkiyə hüquq mühafizə orqanları Rusiya ilə əməkdaşlığa heç vaxt önəm verməyib. Söhbət imkanlı adamlardan gedəndə isə ümumiyyətlə əməkdaşlıq etməkdən boyun qaçırırlar. "Türkiyə tərəfi ancaq "Lotu Quli" Türkiyə ərazisində hər hansı qanun pozuntusuna yol verdiyi təqdirdə ona qarşı hər hansı tədbir görə biləcəyini bildirib", - deyə portal etibar etdiyi mənbə bildirib.

Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi "Lotu Quli kimi tanınan kriminal avtoritet Nadir Səlifovu beynəlxalq axtarışa verib.

"Rosbalt agentliyinin verdiyi xəbərə görə, N.Səlifov adam oğurluğu və hədə-qorxu ilə başqasından pul almaqda təqsirli bilinir.

İstintaqın versiyasına əsasən, N.Səlifov Moskvada insanların oğurlanması və onlardan pul alınması üçün əmr verib. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur.

Bildirilir ki, istintaq materiallarına Cinayət Məcəlləsinin 210-u ("cinayət təşkilatının yaradılması) maddəsi də əlavə oluna bilər. Hazırda N.Səlifovun Türkiyədə yaşadığı bildirilir.