Bakıda marşrut avtobusunda oğurluq edilib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, 40 saylı xətt avtobusunda naməlum şəxs 1993-cü il təvəllüdlü Mayılova Zahidə Güləli qızının çantasından 160 manat pul, şəxsiyyət vəsiqəsi, maaş və pul kartları olan pul qabını oğurlayıb. Sarayevo küçəsində avtobusdan düşən gənc qız pul kisəsinin oğurlandığını görüb və dərhal polisə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.