Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariyaya Zaxaraovaya yeni diplomatik rütbə verib.

Unikal.org-un apa-ya istinadən verdiyi xəbərə görə, Mariya Zaxarovaya birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilib. Bu vaxta kimi M. Zaxarovanın rütbəsi ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi idi.
Qeyd edək ki, M. Zaxarova 2015-ci il avqustun 10-da Rusiya XİN-in Mətbuat və İnformasiya Departamentinin rəhbəri təyin olunub. O, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) jurnalistika fakültəsini bitirib. 2003-cü ildə Rusiya Xalqlar Döstluğu Universitetində tarix elmələri namizədi elmi dərəcəsi alıb.