Sankt-Peterburqda ticarət mərkəzində yerləşən mağazaların birində partlayış baş verib. 

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Ticarət mərkəzində olan insanlar təxliyə olunub. İlkin məlumata əsasən, insident nəticəsində 10 nəfər xəsarət alıb. 

Hadisənin təfərrüatları müəyyənləşdirilir.