Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Tofiq Zeynalovu aldadaraq dələduzluq yolu ilə 1750 manatını almaqda şübhəli bilinən şəhər sakini Şükür Hacıyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun avqust ayında Məhəmməd Abbasovu da eyni üsulla aldadaraq 9200 manatını alması da müəyyən edilib.

Araşdırma aparılır.