Bu gün səhər saatlarında Yunanıstanın paytaxtı Afinada güclü zəlzələ olub. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Rixter şkalası üzrə 4,9 bal gücündədir. Yeraltı təkanların episentri Afinadan 81 km uzaqda, 10 km dərinlikdə yerləşib.

Zəlzələdən sonra şəhər əhalisi təşviş içində küçələrə axışıb. Məlumatda o da qeyd edilib ki, təbii fəlakət zamanı dağıntı və tələfat qeydə alınmayıb.