İranda keçirilən etiraz aksiyaları davam edir. Aksiya zamanı 2 nəfər öldürülüb.

Unikal.org-un məlumatına görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
İran Dövlət Televiziyasına açıqlama verən bir İran rəsmisi ölən iki nəfərin İran polisi deyil, xarici agentlər tərəfindən öldürüldüyü qeyd edilib. İran daxili işlər naziri Abdülrahman Rahmani Fazli aksiyaçıların şəhərlərə qorxu, şiddət və terror yaydıqlarını və onlara sərt cavab veriləcəyini bildirib.

İran hakimiyyəti Lurestanda etiraz aksiyalarında toqquşmalar zamanı iki nəfərin öldüyünü təsdiqləyib. Bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb. Telekanal təhlükəsizlik qüvvələrinin "aksiyaçılara atəş açmadığını" qeyd edib.

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.