Rusiyanın Cənubi Saxalinsk şəhərində Yeni il tədbiri zamanı bəzədilmiş şam ağacı yanıb.

Unikal.org xəbər verir ki, hadisənin videosu "Karaulnı Telegram kanalında yerləşdirilib.

Yanğın yerli vaxtla saat 01:00 radələrində baş verib.

İnsident yerinə cəlb edilmiş FHN əməkdaşları yanğını söndürüblər.

25 metr hündürlüyü olan Yeni il yolkası Lenin meydanında dekabrın ortalarında quraşdırılmışdı