Bərdə rayon sakini həmyerlisi tərəfindən döyülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Zümürxan kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü İntizar Abdullah oğlu Abdullayev şəxsi münasibətlər zəmnində qonşusu ilə mübahisə edib. Hələlik adı açıqlanmayan şəxs taxta parçası ilə İ.Abdullayevin baş nayihəsinə bir neçə zərbə vurub. Huşunu itirən yaralı ağır vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.