Sabirabadda kabel oğruları saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Unikal.org-a verilən məlumata görə, ötən il Sabirabad rayonunun Rüstəmli kəndində yerləşən "Yeni Zəngilan qəsəbəsində elektrik enerjisi olmayan dirəklərdəki aliminium məftillər naməlum şəxslər tərəfindən oğurlanıb.

Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon Pirveyis kənd sakinləri Maqsud Məmmədov, Möhlət Məmmədov və həmin rayonun Kolqışlaq kənd sakini Rəhim Cəfərquliyev saxlanılaraq istintaqa təqdim olunublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.