Qax rayonunda Rusiya vətəndaşını bıçaqlayan şəxs saxlanılıb.

Unikal.org "Report"a istinadən bildirir ki, bibisinin yas mərasimində iştirak etmək üçün Qax rayonuna gələn A.Suxaşvili dayısı oğlu Giorgi Vazgenoviç Okracanaşvili tərəfindən bıçaqlanıb.

G.Okracanaşvili Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.


*** 15:54

Qax rayonunda 47 yaşlı kişi bıçaqlanıb.

Unikal.org "Report"a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alinib.

Belə ki, Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Amiran İosif oğlu Suxaşvili bibisinin yas mərasimində qohumu tərəfindən bıçaqlanıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.