Yanvarın 4-də Sankt-Peterburqun Primorski rayonunda "Monpasye" ticarət mərkəzinin yaxınlığında naməlum şəxslər Azərbaycan vətəndaşını oğurlayıblar.

Unikal.org  oxu.az-a istinadən bildirir ki, şahidlərin sözlərinə görə, beş və ya altı nəfər Azərbaycan vətəndaşını döyərək yaşıl rəngli "Hyundai" markalı avtomobilin baqajına salıblar.

29 yaşlı azərbaycanlını yanvarın 5-də yol kənarında aşkarlayıblar. Xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Araşdırma zamanı məlum olub ki, Azərbaycan vətəndaşı dekabrın ortalarında Peterburqa gəlib, və onun rəsmi iş yeri olmayıb.

Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi açılıb.