Türkiyədə 250 Azərbaycan və Gürcüstan vətəndaşdan "işə düzəltmək" adı ilə küllü miqdarda pul alan iki nəfər həbs edilib.

Unikal.org-un məlumatına görə, Türkiyənin Sakarya vilayətində İstanbul, Ankara və digər şəhərlərdə işə düzəltmək adı ilə internet vasitəsilə 250 Gürcüstan və Azərbaycan vətəndaşlarından 1000 dollar (hər bir nəfərə) alan iki nəfər saxlanılıb.

Belə ki, C.M. və B.A internet vasitəsilə tanış olduqları Azərbaycan və Gürcüstandan vətəndaşları ilə əlaqə qurmağa başlayıblar. C.M. və B.A tanış olduqları şəxslərin hər birindən "Türkiyədə işə düzəltmək adı ilə 1000 dollar pul alıblar. Onlar bu cinayəti 4 il ərzində həyata keçirib və ən azından 250 min dollar Azərbaycan və Gürcüstan vətəndaşlarından pul qazanıblar. Amma təəssüf ki, pul verən şəxslərin heç biri işə düzəldilməyib və pulları da geri qaytarılmayıb. 

Zərər çəkən şəxslərin məlumatı əsasında, Türkiyə polisi Sakarya vilayətində cinayətkarların axtarıb tapılması istiqamətində əməliyat keçirib. Cinayətkarlardan biri C.M Sakarya şəhərlərarası avtovağzalında, digəri B.A isə Serdivan rayonundakı bir evdə saxlanılıb.

Polisin araşdırmasında o da məlum olub ki, saxlanılanlardan hər ikisi bundan əvvəl də fırıldaqçılıqla məşğul olduğu üzərilərində məhkəminin hökmü ilə üçün həbs qərarı var. Məhkəmə 4 cinayət hadisəsinə görə, C.M-ya 8 il 3 ay, 3 ayrı fırıldaqçılıq hadisəsinə görə, B.A-ya 4 il 2 ay həbs cəzası verib.

Hər iki şəxs həbs olunmaları üçün məhkəməyə aparılıb.