İranın qərbində 3,8 bal gücündə zəlzələ baş verib.
Unikal.org-un xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir
Yeraltı təkanların episentri Kirman şəhərindən 66 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, ötən gün İranın qərbində 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 20 nəfər xəsarət alıb.