Xızı rayon sakini həmyerlisini güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən xəbərə görə, yanvarın 9-da Xızı rayonunun Giləzi qəsəbə sakini Rasim Cəbiyevin ayaq nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla yanvarın 6-da Giləzi qəsəbəsində qəsəbə sakini Azər Rəhimovun münaqişə zəminində tapançadan açdığı atəşlə R. Cəbiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə A. Rəhimov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, xaricdə istehsal olunmuş tapança götürülüb. Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.