Bakıda orta yaşlı kişiyə 9 bıçaq zərbəsi vurulub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Xudu Muxtarlı küçəsində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğlu naməlum şəxslərlə mübahisə edib. Nəticədə ona 9 bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.