19 Yanvar 2019
18 Yanvar 2019
Hamilə ana öldü, körpəsi tabutda doğuldu
Hamilə ana öldü, körpəsi tabutda doğuldu DÜNYA 18:01 2018-01-20

Cənubi Afrikanın Cope Tovn şəhərində yaşayan 33 yaşlı Nomasonto Mdyol adlı hamilə qadın nəfəs almada çətinlik şikayəti ilə xəstəxanaya müraciət edib.

Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, qadın xəstəxanaya çatdıqdan bir müddət sonra vəfat edib.
Qadının cənazəsi yas mərasimini təşkil edəcək şirkətə təhvil verilib.
Şirkət işçiləri yas mərasiminə hazırlıq gördükləri üçün tabutu açanda qadının ayaqları arasında bir uşağın cansız bədənini tapıblar. Həkimlər əzələ yumşalması və qadının vücunda yığılan bakteriyaların uşağın anasının qarnından çıxmasına səbəb olduğunu açıqlayıb.
20 ildən çoxdur ki, bu sektorda çalışdığını bildirən şirkət rəhbəri belə bir halla ilk dəfədir ki rastlaşdığını qeyd edib.
Uşaq anası ilə bir yerdə dəfn olunub.