19 Yanvar 2019
18 Yanvar 2019
Afrin əməliyyatı başladı: Qırıcılar düşməni məhv edir
Afrin əməliyyatı başladı: Qırıcılar düşməni məhv edir DÜNYA 18:34 2018-01-20

Türkiyə Hərbi HavaQüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb.

Unikal.org-un NTV-yə istinadən verdiyi xəbərə görə, hərbi təyyarələr qabaqcadan müəyyənləşdirilmiş mövqelərə zərbə endirirlər. Hələlik təyyarələrin Suriya hava məkanına keçib-keçmədiyi məlum deyil. Türkiyə ərazisindən də Suriya içərisindəki həmsərhəd ərazilərə zərbə endirməyin mümkün olduğu bildirilir. Azad Suriya Ordusu bölmələrinin isə qurudan əməliyyata başladığı xəbər verilir.

Türkiyə ordusunun Baş Qərargahından məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir.