Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında növbəti dəfə telefon danışığı baş tutub.
 
Unikal.org Rusiya XİN-in rəsmi saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, telefon söhbətinin gedişində tərəflər Suriyada atəşkəs rejiminə riayət olunması ilə bağlı fikir mübadiləsi aparıblar.
 
Qeyd olunur ki, ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri həmçinin Ukrayna və Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.