Hacıqabulda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən məlumatına görə, dünən saat 21.00 radələrində Bakı-Qazax magistralının 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Qurbanov Arzu Vahid oğlunun idarə etdiyi "Hyundai ix35" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü, avtomobildə olan həyata yoldaşı, 1988-ci il təvəllüdlü Qurbanova Asimə Asim qızı, 4 aylıq Qurbanov Vahid Arzu oğlu müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Ailə üzvlərindən 3 yaşlı Dəniz Arzu qızı Qurbanova və daha bir nəfər yüngül xəsarət alıblar. 
 
Hadisəyə yağışlı havanın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.