Ağsu rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org-un FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Çiyni kəndində ikimərtəbəli evin zirzəmisində penoplastdan ibarət divar üzlüyü 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.