Tovuzda dəm qazından zəhərlənmə olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kənd sakini 1949-cu il təvəllüdlü Məmmədov Ələddin İdris oğlu yaşadığı evdə dəm qazından zəhərlənib. O, dərhal Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.