Bakının Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən unikal.org-a verilən məlumata görə, nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1930-cu il təvəllüdlü Salamaşvili Lila Xalimovnanın cəsədini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.