Tovuz rayonunda istixanada zəhərlənmə hadisəsi baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsindəki istixanada qeydə alınıb.

İstixana sahibi istiliyi təmin etmək üçün istixana çadırına tüstü doldurub. Nəticədə istixanada fəhlə işləyən, rayonun Düz Qırıqlı kənd sakini, 1955-ci il təvəllüdlü Mehtiyeva Nicayət İslam qızı tüstüdən zəhərlənib.

Qadın təcili olaraq xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.