Ağdamda 6 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. 

Uniksl.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Kənd sakini T.Allahverdiyev daş hasarın yaxınlığından keçərkən hasardan beton lövhə onun üzərinə düşüb. Azyaşlı Ağdam Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.