Ağsuda intihar hadisəsi olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kəndoba kəndində 1970-ci il təvəllüdlü Əliyev Əsgər Qardaşəli oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq öldürüb.

İki uşaq atası olan Əsgər Əliyevin özünə qəsd etməsinin səbəbi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.