Ötən gün Respublika Yanıq Mərkəzinə Ağcabədi rayonundan bədənin çox hissəsinin yanma xəsarəti ilə gətirilən 1978-ci təvəllüdlü Abbasova Nargilə Yusif qızı dünyasını dəyişib.

25 yanvar tarixində Hindarx kənd sakini N.Abbasova yaşadığı mənzildə özünü yandırıb. Meyit məhkəmə tibbi ekspertləri tərəfindən müayinə olunduqdan sonra dəfn olunmaq üçün Ağcabədi rayonuna göndərilib.

Unikal.org bildirir ki baş vermiş hadisə ilə bağlı Hindarx qəsəbə nümayəndəsi Akif Qasımov ölkə.az-a açıqlama verib. Onun bildirdiyinə görə, "N.Abbasovanın ailəsi qəsəbədə çox yaxşı ailə kimi xarakterizə olunur. Həyat yoldaşı Abbasov Vüqar Rəşid oğlu ziyalıdır, ara-sıra şeir də yazır, özü də kənddə toylarda tamadalıq edir. Qadın isə 4 uşaq anasıdır, evdar xanım olub. İlkin məlumata görə, hadisə təndirdə çörək bişirən zaman baş verib, heç bir intihardan söhbət gedə bilməz. Hadisə vaxtı yanında övladları da olub.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırmalara başlanılıb. Prokurorluqdan verilən məlumata görə, qadının intihar edib-etməməsi araşdrımalardan sonra bəlli olacaq, ilkin olaraq bədbəxt hadisə kimi qeydiyyata alınıb.