Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzindən baş verən yanğınla bağlı məlumat yayıb.

Unikal.org-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 400 m2 olan, birmərtəbəli, taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 150 m2 sahədə və dam örtüyü 50 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqda yerləşən kilsə yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

10:36

Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, yanğının qarşısı Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən alınıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, bu gün səhər saat 8:00 radələrində FHN-nin yaydığı məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.