Abşeron Gənclər şəhərciyindəki evlərdən birində partlayış baş verib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, partlayış şəhərcikdəki yaşayış binalarından birinin 6-cı mərtəbəsindəki mənzildə baş verib.

Hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir. Partlayış nəticəsində evə və həyətdəki maşınlara ziyan dəyib. Xəsarət alan şəxslərin olub-olmadığı barədə məlumat verilmir.