Gəncədə oğurluqla məşğul olan qadın tutulub. 

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 10-da paytaxt sakini M.Hüseynovanın çantasından içərisində 830 manat olan pulqabını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Səlfinaz Həsənova saxlanılıb.

Araşdırma aparılır.