İzmitdə naməlum şəxslər karqo gətirmək bəhanəsiylə evə soxularaq yaşlı qadını döyüb və boğazına bıçaq dayayıb. Ev yiyəsinin sifariş verdiyi çiyələyi gətirən market işçisi qapının zəngini çaldıqda cinayətkarlar hadisə yerindən qaçıb.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə martın 9-da baş verib. 3 nəfər Fatma Vonal adlı qadının yaşadığı evin qapısını döyüb. "Kimdir deyə soruşan qadın "sifarişinizdir cavabını alınca market işçisinin çiyələk gətirdiyini zənn edib və qapını açıb. Bu zaman cinayətkarlar evə soxularaq, qadının əl-qolunu bağlayıb və boğazına bıçaq dayayıb. Daha sonra evdə qızıl-zinət əşyalarını axtarmağa başlayıblar. Ancaq onların planını market işçisi pozub. Qapının zəngini eşidən canilər təşvişə düşərək evdən qaçıb.

Qadın birtəhər əl-qolunu açaraq qızına zəng edib. Hadisə yerinə polis çağırılıb. Yüngül xəsarətlər alan Fatma Vonal xəstəxanaya aparılıb.