16 Sentyabr 2019
15 Sentyabr 2019
Qubadlılılar 15 ildə qazanılmış nailiyyətlərin davamına səs verəcək - FOTOLAR
Qubadlılılar 15 ildə qazanılmış nailiyyətlərin davamına  səs verəcək - FOTOLAR Prezident Seçkiləri 15:34 2018-04-05

Bu gün Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Çaytumas məktəb liseyində  "11 aprel 2018-ci il tarixində keçirləcək prezident seçkilərində YAP Qubadlı rayon təşkilatı tərəfindən təşkil olunmuş seçicilərlə növbəti görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev qubadlıların seçkilərdə cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu bildirib.

Sonra çıxış edən Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib ki, xalqımızın bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcəyinə kimsədə şübhə yoxdur. Çünki Azərbaycan 2003-cü ildən bu vaxtadək Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb. Odur ki, xalqımız son 15 ildə qazanılmış nailiyyətlərin davamına səs verəcək.

Digər çıxışlarda da vurğulanıb ki, Qubadlı rayon sakinləri həmişə dövlətə, dövlətçiliyə və Prezidentimiz cənab İlham Əliyevə öz sədaqətləri ilə seçiliblər və seçki günü hamı bir nəfər kimi seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcək.

  • Qubadlılılar 15 ildə qazanılmış nailiyyətlərin davamına  səs verəcək - FOTOLAR