20 May 2019
Bakıda avtomobil yürüşü təşkil edildi - qələbə münasibətilə (FOTOLAR)
Bakıda avtomobil yürüşü təşkil edildi -  qələbə münasibətilə (FOTOLAR) Prezident Seçkiləri 21:22 2018-04-11

Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Avtomobil Federasiyası aprelin 11-də keçirilən prezident seçkilərində layiqli namizədin qələbəsini qeyd etmək məqsədilə avtomobil yürüşü təşkil edib.

Unikal.org-un xəbərinə görə, 100-ə yaxın "offroad avtomobilinin qatıldığı yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

Avtomobillər Heydər Əliyev Mərkəzi - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - 28 May küçəsi - Bülbül prospekti - Xaqani küçəsi - Azadlıq prospekti - Zərifə Əliyeva küçəsi - Neftçilər prospekti - Dövlət Bayrağı Meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti - "Koroğlu metrostansiyası - Heydər Əliyev prospekti - Gülarə Qədirbəyova küçəsi - Heydər Əliyev Mərkəzi marşrutu üzrə hərəkət ediblər.

Yürüşdə Yeni Azərbaycan Partiyasının və Azərbaycan Avtomobil Federasiyasının üzvləri iştirak ediblər.

İştirakçılar aprelin 11-də keçirilən prezident seçkilərinin uğurla başa çatması və Yeni Azərbaycan Partiyasının seçkilərdəki namizədi İlham Əliyevə dəstək ifadə edən şüar və plakatlarla Bakının mərkəzi küçələri ilə yürüş ediblər.

Yürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.

  • Bakıda avtomobil yürüşü təşkil edildi -  qələbə münasibətilə (FOTOLAR)